Rusiyalı aktyordan absurd açıqlama: “Ukrayna tamamilə məhv edilməlidir”

Hazırda oxunan: Rusiyalı aktyordan absurd açıqlama: “Ukrayna tamamilə məhv edilməlidir”

154474

Rusiyalı aktyor İvan Oxlobıstin Ukraynanın tamamilə məhv edilməsini tələb edib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sobesednik” nəşri yayıb.

Onun sözlərinə görə, hazırkı müharibədə “minimum proqram” Odessanın alınması ilə Ukraynanın Qara dənizdən kəsilməsidir, ideal halda isə qonşu dövlət (Ukrayna nəzərdə tutulur) tamamilə məhv edilməlidir.
“Bizi heç vaxt sevməyən Qərbi Ukrayna polyaklara, ölkənin bir hissəsi isə Belarusa (söhbət Çerniqovdan gedir) verilməlidir. Qalan hər şey bizimdir... Hər şeyi təmizləyək ki, Ukrayna dövlətindən işarə qalmasın”, - deyə o, qeyd edib.

Aktyor həm də Ukrayna dilini tamamilə kökündən kəsməyə çağırıb: “Onsuz da bu ölkə həmişə Rusiya üçün təhlükə olacaq:

“Bu təhlükədən qurtulmağın yeganə yolu bütün dövlətçiliyi zərərsizləşdirməkdir. Sadəcə hər şeyi təmizləyin! Hətta adını da dəyişin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin