Ermənilər yenə Kimdən MƏDƏT UMUR... 

Hazırda oxunan: Ermənilər yenə Kimdən MƏDƏT UMUR... 

154388

Pornoulduz Kim Kardaşyan ABŞ prezidentinə müraciət edib.

O müraciətində Co Baydendən xahiş edib ki, Azərbaycanın Xankəndidəki ermənilərə qarşı apardığı “humanitar müharibə”nin dayandırılması üçün o öz imkanlarından istifadə etsin.

Erməni gözəlçənin müraciəti “Rolling Stone” jurnalında dərc edilib. Yada salaq ki, 10 gün əvvəl bir qrup erməni Kim Kardaşyanın ABŞ-dakı evinin ətrafına toplaşaraq pornoulduzdan tələb etmişdilər ki, Xankəndidəki ermənilərə dəstək üçün öz “imkanları”ndan istifadə etsin.

Doğrudur, o zaman Kim soydaşlarının qarşısına çıxmadı. Əksinə yerli polisdən xahiş etdi ki, evinin ətrafını bədnam soydaşlarından təmizləsin.

Təbii ki, ABŞ polisi də erməniləri Kardaşyanın evinin ətrafından həmən qovdu. Amma görünən odur ki, ermənilər öz istəklərinə müəyyən mənada nail olublar.

Bəs, Kardaşyan niyə fikrini dəyişib? Soydaşlarını nəinki dünyanın hansısa məntəqəsində və hətta öz ətrafında görmək istəməyən Kim necə oldu ki, birdən-birə öz fikrindən daşındı?!Təbii ki, ilk ağıla gələn versiya erməni gözəlçəsinin soydaşları tərəfindən şantaj olunmasıdır.

Bildiyimiz kimi şantaj ermənilərin istifadə etdiklər klassik üsullardan biridir. Ermənilər istəklərinə nail olmaq üçün istənilən şərəfsizliyə gedirlər. Hətta şeytanla belə yoldaşlıq edirlər. Amma müəyyən vaxtdan sonra şeytanın özünü də şantaj edirlər.
Görünür ki, Kim Kardaşyanı da soydaşları şantaj ediblər. O da məcbur olub soydaşlarını yola vermək üçün hansısa bir nəşrdə ABŞ prezidentinə müraciət ünvanlayıb. Kardaşyan niyə əvvəl bunu etməkdən boyun qaçırtmışdı?

Kim Kardaşyan az aşın duzu deyil. Vaxtilə bir çox Amerikalı siyasətçinin və milyonçunun yatağından keçərək onları ermənilərə yardım etməyə razı salıb. Lakin, zaman dəyişib. Artıq erməni gözəlçə Amerikalı siyasətbazlar üçün o qədər də maraqlı deyil.

Çünki, silikonlu gözəlçənin yaşı artıq 45-i haqlayıb. Yenə ögey bacısı Kylie Jenner olsa idi, hə onda iş başqa cür ola bilərdi. Yəqin ki, Kylie də ögey bacısını eşitmir. Bir də axı ermənilər Jennerin nəyinə lazımdır.

Zatən özünün miyardı var. Əlqərəz, hər yerdən əli üzülən və cəmdəyi işə yaramayan Kim Kardaşyan “xala xətrin qalmasın” deyə ABŞ prezidentinə bir məktub ünvanlayıb. Lakin, ermənilər də, Kardaşyan da bir şeyi unudur ki, artıq zaman dəyişib.

Azərbaycanla zor, təzyiq dilində danışmağın zamanı keçib. Bu gün Azərbaycan regionda söz və güc sahibidir. Və Azərbaycan öz milli və dövləti maraqlarının əleyhinə olan heç bir xahişi gözdən keçirmir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin