Bryanskda dron Rusiyanın ən böyük fabriklərindən birinin binasına çırpılıb.
Bizim.Media xəbər verir ki, bu barədə şəhərin qubernatoru məlumat yayıb.
Qubernator bildirib ki, bu, gün ərzində Bryanska atılan sayca üçüncü PUA olub:
“Pilotsuz uçuş aparatının (PUA) zərbəsinin qarşısı alınıb, lakin zərərsizləşdirilərkən dağıntılar fabrikin binasına düşüb və nəticədə yanğın baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb”.
Bizim.Media