“Rusiya təbii qazın Türkiyəyə axdığı “Türk axını” və “Mavi axın” boru kəmərlərinə planlaşdırılan hücumla bağlı məlumatlara malikdir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sovet və Rusiya Universitetləri Məzunlarının Banqladeş Assosiasiyasının nümayəndələri ilə Rusiyanın respublikadakı səfirliyindəki görüşündə deyib.
“İndi hər kəs bizdən yenidən taxıl ixrac etməyə icazə verməyimizi tələb etdiyi bir zamanda, biz onlara qadağa qoymuruq, sadəcə olaraq, biz taxılı bu yerüstü və sualtı atışlar üçün istifadə olunan humanitar dəhlizlərdən keçirtməyəcəyik.
Çünki təkcə bizim hərbi gəmilərimizə deyil, mülki gəmilərə də hücum edən maşınlara hücum edirlər”.
Nazir qeyd edib ki, “Türk axını” qaz kəməri və “Mavi axın” qaz kəmərinin marşrutunda patrulluq edən hərbi gəmilərə hücum etməyə cəhd edilib:
“Məlumat var ki, Şimal axınının partladıldığı kimi bu kəmərləri də partlatmağa çalışırlar”.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bununla bağlı “heç kim düzgün araşdırma aparmadığına” diqqət çəkib:
"Yalnız milli orqanların bu məsələ ilə məşğul olduğunu bildirirlər. Lakin hələ ki, heç bir məlumat yoxdur".
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:42 / 08.09.2023
Lavrov: “Türk axını” və “Mavi axın” boru kəmərlərini partlatmağa çalışırlar
Hazırda oxunan: Lavrov: “Türk axını” və “Mavi axın” boru kəmərlərini partlatmağa çalışırlar
Hazırda oxunan: Lavrov: “Türk axını” və “Mavi axın” boru kəmərlərini partlatmağa çalışırlar
154300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.