Rusiyada general həbs edildi

Hazırda oxunan: Rusiyada general həbs edildi

154018

Moskva Qarnizonu Hərbi Məhkəməsi general-mayor Konstantin Oqiyenkonu rüşvətxorluq ittihamı ilə istintaq təcridxanasına göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.

Onun həbs müddəti noyabrın 27-dək uzadılıb.

Nəşr qeyd edir ki, Oqiyenko son vaxtlara qədər xüsusi təyinatlı 1-ci hava və raketdən müdafiə ordusuna komandanlıq edib. Sözügedən ordu Moskvanı təyyarələrin, qanadlı raketlərin, potensial düşmənin qitələrarası ballistik raketlərinin döyüş başlıqlarının hücumlarından qorumaq vəzifələrini yerinə yetirir. 

İstintaqın versiyasına görə, Oqiyenko “Nadejda” mülki təşkilatına müdafiə sahəsi ayırması üçün rüşvət alıb. Onun rəhbəri (qadının adı açıqlanmır) bir sıra təşkilatlardan və vətəndaşlardan Moskva vilayətində torpaq sahələri vəd edərək pul yığıb.

Sonra vasitəçi köməyi ilə Oqiyenkonun göstərişi ilə fəaliyyət göstərən 4-cü hava hücumundan müdafiə diviziyasının komandiri general-mayor Dmitri Belyatskiyə 500 min rubl köçürüb.

Nəşr qeyd edib ki, bu məbləğ hərbçilərin Moskva vilayətindəki Dolqoprudnı və Lobnya şəhərləri də daxil olmaqla tikinti üçün torpaq ayırmağa vəd etdiyi 30 milyon rublun bir hissəsidir.

Ona qarşı Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci hissəsi (xüsusilə külli miqdarda rüşvətvermə) və 291-ci maddənin 6-cı hissəsi ilə (xüsusən külli miqdarda rüşvət alma) cinayət işi açılıb.

İstintaq Moskva üzrə İstintaq Komitəsinin hərbi istintaq idarəsi tərəfindən başlanıb, daha sonra iş Baş Hərbi İstintaq İdarəsinə ötürülüb.

Belyatski təqsirini qismən boynuna alıb və onunla məhkəməyə qədər əməkdaşlıq müqaviləsi bağlanmasını istəyib. Qəzet yazıb ki, o, ev dustaqlığındadır. Oqiyenko isə bu işə hər hansı aidiyyəti olmadığını bildirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin