Ərdoğan “Taxıl sazişi”nin yenilənməsi üçün Putinin 2 ŞƏRTİNİ AÇIQLADI

Hazırda oxunan: Ərdoğan “Taxıl sazişi”nin yenilənməsi üçün Putinin 2 ŞƏRTİNİ AÇIQLADI

153788

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin “Taxıl sazişi”nin yenilənməsi üçün 2 şərtini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı türk mətbuatı yayıb.

Mənbə yazır ki, şərtlərdən biri Rusiya Kənd Təsərrüfatı Bankının (Rosselxozbank) Türkiyənin “Ziraat Bankı”nın SWIFT sisteminə qoşulmasından ibarətdir.

Türkiyə Prezidentinin sözlərinə görə, Putinin ikinci şərti taxıl nəqlində iştirak edən gəmilərin sığortalanması məsələsinin həllidir.

Ərdoğan onu da əlavə edib ki, Putin ilkin mərhələ üçün 6 ölkəyə 1 milyon ton taxıl göndərməyə razılaşıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin