“Türkiyə qonşularının ərazi bütövlüyünü dəstəkləyir”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Suriyanın ərazi bütövlüyü üçün ən böyük təhdid bu ölkədəki terror təşkilatlarıdır:
“Suriyanın şimalını terrorçulardan təmizləmək üçün oradayıq. Ölkəmizi təhdid edən terror təşkilatları ilə mübarizəmiz son terrorçu məhv edilənədək davam edəcək”.
Ərdoğan Ukraynadakı müharibə ilə bağlı da fikirlərini bölüşüb:
"Türkiyənin mövqeyi aydındır İlk gündən diplomatiyanın tərəfdarı olduğumuzu deyirik. Daha çox qan tökülməsinin qarşısını almağa səy göstəririk. Təəssüf ki, il yarım əvvəl başlayan müharibə hələ də davam edir.
Əsir mübadiləsi kimi məsələlərdə olduğu kimi vasitəçiliyimizi davam etdirəcəyik. Arzumuz savaşın beynəlxalq hüququn tələblərinə uyğun formada başa çatmasıdır”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:15 / 05.09.2023
"Qonşularımızın ərazi bütövlüyünü dəstəkləyirik" - Ərdoğan
Hazırda oxunan: "Qonşularımızın ərazi bütövlüyünü dəstəkləyirik" - Ərdoğan
Hazırda oxunan: "Qonşularımızın ərazi bütövlüyünü dəstəkləyirik" - Ərdoğan
153751
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.