Bu gün Soçiyə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin rəsmi görüşlər sonrası işçi nahar ediblər.
Bizim.Media xəbər verir ki, iki ölkə liderlərinin nahar menyularının siyahısı yayılıb.
Menyunu rusiyalı jurnalist Pavl Zarubin özünün “Telegram” kanalında paylaşıb.
Qeyd edək ki, menyudan donuz ətli təamlar çıxarılıb. Əvəzində dövlət başçılarına hisə verilmiş forel balığı ilə xiyarlı və avakadolu salat, tomat souslu qırmızı kefal balığı, mal əti ilə xarço supu, göbələk souslu tərəvəzli kefal balığı və qrildə quzu qabırğası təklif edilib.
Bizim.Media