Nitsa şəhərində naməlum şəxs Notr-Dam kilsəsinin yaxınlığında bıçaqla insanlara hücum edib.
Bizim.Media Ria Novosti-yə istinadən xəbər verir ki, ilkin məlumata görə, üç nəfər ölüb, bir neçə şəxs yaralanıb. Ölənlər arasında bir qadının başı kəsilmiş cəsədi də var. Cinayəti törədən şəxs saxlanılıb.
Şəhər bələdiyyə başçısı Kristian Estrosinin dediyinə görə, həmin şəxs "Allahu Əkbər" sözünü təkrarlayıb. Bu isə terrora işarə kimi qiymətləndirilib.
Prezident Emmanuel Makron və Baş nazir Jan Kasteksinin Nitsaya gəlməsi gözlənilir.
Bizim.Media