Daha bir ölkədə “TikTok” QADAĞAN EDİLDİ 

Hazırda oxunan: Daha bir ölkədə “TikTok” QADAĞAN EDİLDİ 

152983

Qırğızıstanda da “TikTok” sosial şəbəkəsinə qadağa qoyulur. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə TikTok-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verdiyini açıqlayıb. 

Məlumata görə, qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib. 

Sosial şəbəkənin qadağan edilməsinə səbəb uşaqların psixi inkişafına və sağlamlığına mənfi  təsirlərlə bağlı şikayətlərin artmasıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin