Ukraynanın İrpen şəhərində təşkil olunan rəsm sərgisində gənc azərbaycanlı rəssamın əsərləri də yer alıb.
Bizim.Media xəbər verir ki, qəhrəman İrpen şəhərində müharibədən sonra ilk dəfə yenidən VII “Boyalı İrpen” pleneri təşkil olunub.
Ukraynanın bütün regionlarından məşhur rəssamların qatıldığı tədbirdə ölkəmizi gənc rəssam Həzrət Mərdanlı təmsil edib.
Azərbaycanlı rəssamın əsərləri sərgiyə gələnlərdə maraq doğurub.
Sərgiyə baxanlar əsəri yüksək dəyərləndirib, rəssama uğurlar arzulayıblar. Plener İrpen şəhər meri Oleksandr Markuşin tərəfindən təltif olunması ilə yekunlaşıb.
Gənc rəssam Həzrət Mərdanlı şəhər meri tərəfindən xüsusi mükafat və hədiyyə ilə təltif olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:47 / 30.08.2023
Azərbaycanlı rəssam Ukraynada təltif OLUNDU – FOTO
Hazırda oxunan: Azərbaycanlı rəssam Ukraynada təltif OLUNDU – FOTO
Hazırda oxunan: Azərbaycanlı rəssam Ukraynada təltif OLUNDU – FOTO
152934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.