"Ukraynanın Rusiya ərazisinə hücumları cəzasız qalmayacaq".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, Kiyev Qərbin dəstəyi ilə kasetli sursatlardan istifadə etməklə Rusiyanın regionlarındakı mülki hədəfləri atəşə tutmaqda davam edir.
"Ukraynanın ötən gecə Rusiya bölgələrindəki obyektlərə hücumu Kiyev rejiminin terrorçu xarakterini təsdiqləyir" - Zaxarova qeyd edib.
Qeyd edək ki, Ukrayna son günlər Rusiya ərazisinə zərbələr endirir. Ukrayna bu gecə Rusiya ərazisində indiyə qədərki ən güclü PUA hücumunu həyata keçirib.
Bizim.Media