Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ münaqişəsinə sərgilədiyi münasibət rəqiblər və müttəfiqlər tərəfindən də birmənalı qarşılanmır. Bütün diplomatik qaydaları aşan Makron Fransanın dövlət maraqlarını da zərbə altında qoyur.
Birtərəfli qaydada Ermənistanın maraqlarını müdafiə edən Fransa prezidenti ölkəsinin ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu da unudur.
O, anti-türk, anti-müsəlman mövqe sərgiləməklə böyük bir coğrafıyanı Fransadan incik duruma salır.
Emmanuel Makronun Fransadakı ermənilərlə yaxın münasibətləri daha əvvəl də mövcud idi. 2018-ci ildə Fransada Erməni Təşkilatlarının Koordinasiya Şurasının təşkil etdiyi qala gecəsində 500 erməni əsilli qonaq qarşısında çıxış edərək bildirmişdi ki, Fransa təqviminə erməni soyqırımını anma günü daxil ediləcək.
2019-cu ilin 24 aprel tarixində isə Fransada erməni soyqırımını anma günü olduğunu elan etmiş, bununla da Türkiyə ilə rəsmi münasibətlərini gərginləşdirmişdi.
Makronun hakimiyyətə gəlməsində ermənilərin ciddi dəstəyinin olduğu hamıya məlumdur. Onun partiyası olan “Cümhuriyyət Hərəkatı” 2016-cı ildə erməni iş adamlarının maliyyə dəstəyi ilə təsis olunub. Partiyanın əsas qurucularından biri erməni əsilli iş adamı və siyasətçi Aristid Panosyandır. Emmanuel Makron 2020-ci ilin sentyabrında Fransa qarşısında xidmətlərinə görə Aristid Panosyanı Fransa Milli Ləyaqət Ordenli Cəngavər fəxri adı ilə təltif edib.
“Cümhuriyyət Hərəkatı” partiyası Fransadakı erməni icması ilə sıx əməkdaşlıq içərisindədir. Partiyanın millət vəkili Anne-Lauren Petel bir qrup millət vəkili ilə birgə II Qarabağ Müharibəsi başlayan günlərdə Makrona rəsmi müraciət ünvanlayıb. Müraciətində millət vəkili Makronu Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırıb. Petel bunun Qafqazla bağlı olmadığını, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın regionda genişlənmə siyasətinə əngəl olmağa xidmət etdiyini də qeyd edib.
“Cümhuriyyət Hərəkatı” partiyasından olan digər erməni əsilli millət vəkili Jelom Qasparian isə Fransanın Qarabağ münaqişəsi ilə bağlı ciddi fəaliyyətə keçməsini tələb edir. O, Fransanın bölgədəki hadisələrə müdaxiləsinin və sanksiyalar qoymasının zəruri olduğunu, ancaq bu yolla sülhün bərqərar olacağını qeyd edir.
Xatırladaq ki, Emmanuel Makronun “Cümhuriyyət Hərəkatı” partiyasını milli məclisdə 4 erməni əsilli deputat təmsil edir. Bunlar Daniel Kazarian, Nadia Essayan, Jelom Qasparian və Jak Marillosyandır. Adı çəkilən millət vəkilləri Marsel şəhəri daxil olmaqla erməni mənşəli əhalinin çoxluq təşkil etdiyi bölgələri təmsil edirlər.
2017-ci il parlament seçkilərində Makronun partiyası 43% səslə 308 yer əldə etmişdi. Partiyanın yerli özünüidarə orqanlarında da erməni əsilli təmsilçilərin çoxluğu diqqət çəkir. Son seçkilərdə əslən erməni olan Janna Barsegian Fransanın Strazburq şəhərinin meri seçilmişdi.
Fransadakı erməni icmasının əsas dövlət qurumlarında yer alması və anti-türk siyasətini hökümətə diqtə etməyə çalışmaları olduqca təhlükəli haldır. Görünən odur ki, Emmanuel Makron hakimiyyətə gəlməsində böyük xidmətləri olan Fransadakı erməni icmasının həm də girovudur. Onun siyasi karyerası Fransa ermənilərinin birbaşa “cibindədir”.
Rəvan Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
14:33 / 29.10.2020
Makron Fransa ermənilərinin girovudur
Hazırda oxunan: Makron Fransa ermənilərinin girovudur
Hazırda oxunan: Makron Fransa ermənilərinin girovudur
Onun bütün siyasi karyerası erməni milyonçularının “cibi”nə bağlıdır
1529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.