Kuleba Stoltenberqlə Ukraynanın NATO yolunda addımlarını müzakirə edib

Hazırda oxunan: Kuleba Stoltenberqlə Ukraynanın NATO yolunda addımlarını müzakirə edib

152867

Ukraynanın xarici işlər naziri Dmıtro Kuleba NATO-nun Baş katibi Yens Stoltenberq ilə Ukraynanın Alyansa gedən yolda gələcək addımlarını, uyğunlaşdırılmış illik milli proqramı və Ukrayna-NATO Şurasının tam şəkildə yerləşdirilməsini müzakirə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə XİN başçısı özünün “Twitter” (hazırki “X”) hesabında bildirib. 

“Yens Stoltenberqlə Ukraynanın NATO-ya doğru növbəti addımları barədə danışdım. Danışıq zamanı Ukrayna-NATO Şurasının tam şəkildə yerləşdirilməsini müzakirə etdik. Mən həmçinin Baş katibə Ukraynanın ilk Müdafiə Sənayesi Forumuna hazırlığı barədə bilgiləndirib”, - deyə Kuleba qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin