“Qərbin Kiyevin Krıma zərbələr endirməsinə razılıq verməsi Moskvanın NATO-ya qarşı hərəkət etməsinə imkan yaradır”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqramda yazıb.
Onun sözlərinə görə, bu, Rusiyaya Alyansın istənilən ölkəsinə və bütövlükdə NATO-ya qarşı müharibə elan etməyə imkan verir:
“Ukrayna Rusiyada hər şeyə, məsələn, Krıma istənilən zərbələr barədə razılığa gəldiklərini açıqladılar.
Əgər bu, doğrudursa (və indi şübhə etməyə heç bir əsas yoxdur), onda bu, Qərbin Stepan Bandera dövlətinin tərəfində Rusiyaya qarşı müharibədə iştirakının birbaşa hüquqi əhəmiyyətli sübutudur. Bu, Rusiyanın NATO ölkələrinə qarşı hərəkət etmək imkanıdır. Təəssüf ki, apokalipsislə bağlı proqnozlar getdikcə yaxınlaşır”.
Qeyd edək ki, D.Medvedev daha əvvəl Qərbi və Ukraynanı nüvə silahının tətbiqi ilə hədələmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:25 / 29.08.2023
"Rusiya NATO-ya qarşı hərəkətə keçə bilər” - Dmitri Medvedev
Hazırda oxunan: "Rusiya NATO-ya qarşı hərəkətə keçə bilər” - Dmitri Medvedev
Hazırda oxunan: "Rusiya NATO-ya qarşı hərəkətə keçə bilər” - Dmitri Medvedev
152763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.