Ukrayna kəşfiyyatı dronlarla Kursk aerodromuna hücum etdi

Hazırda oxunan: Ukrayna kəşfiyyatı dronlarla Kursk aerodromuna hücum etdi

152560

Ötən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əks-kəşfiyyatı kamikadze dronları vasitəsilə Rusiyanın Kursk aerodromundakı hərbi təyyarələrə hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın “Censor.NET” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, 16 kamikadze dronu 4 ədəd Su-30 və 1 ədəd MİQ-29-un üzərinə çırpılıb. Həmçinin vurulan hədəflər arasında S-300 kompleksinin radarları və iki “Pantsir” olub.

Demək olar ki, bütün UTX dronları hədəflərinə çatıb. Onlardan yalnız 3-ü Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurulub. Rusiyalılar özləri 13 partlayış qeydə alıblar.
Məlumata görə, hücumu UTX-nin 13-cü Baş İdarəsinin hərbi əks-kəşfiyyatçıları təşkil edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin