ABŞ-ın Alabama ştatının prokurorluğu 58 yaşlı məhbusun edam tarixini təyin etmək üçün yerli məhkəməyə müraciət edib.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, ştat hakimiyyəti ABŞ tarixində ilk dəfə məhbusu təmiz azotla edam etmək istəyir.
Media yazır ki, dövlət prokurorluğu 58 yaşlı məhbusun edam müddətinin təyin edilməsi üçün yerli məhkəməyə müraciət edib. Eyni zamanda hakimiyyət onu edam etməyə hazırlaşır. Məhkumu yalnız azotla nəfəs almağa məcbur edəcəklər və bu da hipoksiyaya səbəb olacaq.
Bu edam üsuluna ABŞ-ın üç ştatında icazə verilir, lakin əvvəllər heç vaxt istifadə olunmayıb. Alabama səlahiyyətliləri ölümcül inyeksiya üçün istifadə olunan dərman çatışmazlığı fonunda yalnız 2018-ci ildə azotun istifadəsinə icazə verib.
Bundan əvvəl Alabama qubernatoru Kay İvey ABŞ-ın bu ştatının baş prokurorundan 2018-ci ildən bəri üçüncü uğursuz inyeksiya cəhdindən sonra ölüm hökmlərinin icrasını dayandırmağı və bütün cəza sistemini nəzərdən keçirməyi xahiş etmişdi.
Qeyd edək ki, “Death Penalty Information Center” qeyri-hökumət təşkilatı 2022-ci ildə ABŞ-da ölüm hökmünün icrası cəhdlərinin üçdə birindən çoxunun uğursuz olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:23 / 27.08.2023
ABŞ-da ilk dəfə yeni edam üsulu tətbiq ediləcək
Hazırda oxunan: ABŞ-da ilk dəfə yeni edam üsulu tətbiq ediləcək
Hazırda oxunan: ABŞ-da ilk dəfə yeni edam üsulu tətbiq ediləcək
152526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.