Macarıstan 2024-cü ildə Avrozonaya daxil olacaq

Hazırda oxunan: Macarıstan 2024-cü ildə Avrozonaya daxil olacaq

152505

Macarıstan gələn ilin sonuna kimi Avrozonaya qoşulmağa hazır olacaq.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Maliyyə Şurasının rəhbəri Arpad Kovaç bildirib.

“Macarıstan 2024-cü ilin sonuna kimi Maastrixt kriteriyalarına cavab verə biləcək”, - o, Ticarət və Sənaye Palatasında çıxışı zamanı deyib.

Kovaçın sözlərinə görə, bu meyarlar 1992-ci il Avropa İttifaqı haqqında Müqavilə ilə müəyyən edilib, onlar ölkənin avrozonaya daxil olması üçün zəruri olan maliyyə və iqtisadi göstəricilərini tənzimləyir.

Xatırladaq ki, Avrozona ərazisində avro əsas dövlət valyutasıdır, buraya Avropanın on yeddi ölkəsi daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin