Peskovdan Priqojinin təyyarə qəzasını Kremlin törətdiyi iddialarına REAKSİYA 

Hazırda oxunan: Peskovdan Priqojinin təyyarə qəzasını Kremlin törətdiyi iddialarına REAKSİYA 

152308

“Priqojinin təyyarəsinin qəzaya uğramasında Putinin əlinin olması ilə bağlı yayılan məlumatlar tamamilə yalandır”. 

Bizim.Media xəbər veri ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, Tver vilayətində təyyarə qəzası və sərnişinlərin ölümü ətrafında çoxlu fərziyyələr var. 
Peskov bildirib ki, Qərbin Priqojinin ölümündə Rusiya hökumətini günahlandırması tamamilə əsassızdır: 

“Bütün bunlar yalandır. Hadisənin baş verməsinə dair faktlar istintaq tərəfindən dəqiqləşdirilir. Və bu məsələni işıqlandıraraq, faktlara əsaslanmaq lazımdır. Hələlik faktlar azdır, istintaq hərəkətləri zamanı onlara aydınlıq gətirilməyib. Hazırda lazımi müayinələr aparılır. Nəticələr çıxan kimi məlumat veriləcək”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin