Mişustin: “Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasının tərəfdarıdır”

Hazırda oxunan: Mişustin: “Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasının tərəfdarıdır”

152207

“Rusiya Cənubi Qafqazda iqtisadi, nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin ermənistanlı həmkarı Nikol Paşinyanla görüşü zamanı deyib. 

O bildirib ki, yeni infrastruktur marşrutlarının yaradılması və Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması regionun davamlı inkişafına töhfə verəcək. 

M.Mişustin əlavə edib ki, bu, regionda yaşayan insanlar arasında əlaqələri gücləndirəcək.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərərəfli razılaşmaya uyğun olaraq yeni infrastruktur layihələrinin yaradılmasının davamlı iqtisadi inkişafı təmin edəcəyinə inanıram” – o bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin