Almaniyada koronavirusa yoluxma tempi elə sürətlə artır ki, artıq bu ölkənin yeni acınacaqlı rekord həddini aşması barədə danışılır. Martın 17-də AFR-də koronavirusa yoluxma əmsalı hər 100 min nəfərə nisbətdə 86,2 nəfər təşkil edib.
Bizim.Media xəbər verir ki, yaranmış vəziyyət bir qədər də kəskinləşəcəyi təqdirdə, hökumətin qərarı ilə ölkə özünütəcrid rejiminə keçəcək.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda Britaniya ştammı təhlükəsi - Operativ Qərargah qapanma tətbiq edəcək?
Ekspertlərin fikrincə, karantindən çıxmağa dair alman strategiyasının iflası əhalinin vaksinasiyasının lazımınca düşünülməməsi, habelə “AstraZeneca” preparatının istifadəsinin dayandırılması səbəbindən baş verir.
Təbii ki, burada, ekspress və fərdi testlərin çatışmaması da az rol oynamır. Bütün bu səhvlərə yoluxma sayının əhəmiyyətli dərəcədə artması fonunda yol verilib.
Bizim.Media