Dünya əhalisinin 1/3-i qədər olan müsəlmanlar niyə kasıb yaşayır? – MARAQLI SƏBƏBLƏR

Hazırda oxunan: Dünya əhalisinin 1/3-i qədər olan müsəlmanlar niyə kasıb yaşayır? – MARAQLI SƏBƏBLƏR

151906

Dünya əhalisinin 26 faizi müsəlmandır. Dünya nemətlərinin mühüm bir hissəsi müsəlman ölkələrində yerləşir. Eyni zamanda, dünyanın əsas neft-qaz istehsalçıları da məhz müsəlman ölkələridir. Amma buna baxmayaraq, islam dünyası ölkələri dünya üzrə ÜDM-in cəmi 7 faizini istehsal edirlər. 

Görəsən, əsas istehsalçı qismində çıxış edən müsəlman ölkələrinin ÜDM-də payı niyə cüzi rəqəmlərlə ölçülür? 

Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirir ki, müsəlman ölkələrinin dünya üzrə ÜDM istehsalında geri qalmasının başlıca səbəbi vaxtilə onların müstəmləkə ölkəsi olmaları ilə bağlıdır: 

“Müsəlman ölkələrinin mütləq əksəriyyəti demək olar ki, real müstəqilliyə yalnız keçən əsrin ikinci yarısında nail olublar. Ona qədər isə müsəlman ölkələrinin çoxu müstəmləkə olublar. Bu amil onların inkişafdan geri qalmalarını şərtləndirən əsas amillərdən biridir. Yalnız son on illiklər ərzində bəzi müsəlman ölkələri sürətlə inkişaf etməyə başlayıb”. 

Politoloqun qənaətincə geri qalmalanın ikinci səbəbi isə müsəlman ölkələrinin inkişafının Qərbə sıx bağlı olmasından qaynaqlanır:  

“Xüsusən də texnologiya baxımından Qərbdən asılıdırlar. Müsəlman ölkələri texnologiyanı Qərbdən alır. Öz potensialları yoxdur. Elmi potensialları da çox aşağı səviyyədədir. Müsəlamn ölkələrindəki aparıcı mütəxəssislər ya Qərb mütəxəssisləri, ya da Qərbdə təhsil almış insanlardır”. 

İqtisadçı ekspert Pərviz Heydərovun fikrincə isə müsəlman dünyasında ümumi daxili məhsulda payının cüzi olması bu ölkələrdə istehsal prosesinin olmamasından qaynaqlanır: 

“Müsəlman ölkələrində faktiki olaraq istehsal yoxdur. İstehsalçı ölkələr, ABŞ, Avropa dövlətləri, Yaponiya, Çin kimi ölkələrdir. Müsəlman ölkələri isə ancaq hasiledici ölkələrdir. Digər tərəfdən, onların hasiledici sənayesi də istehsalçı ölkələrin əlindədir. Çünki ehtiyatları üzə çıxarmaq üçün texnologiya və investisiya lazımdır ki, bunlar da əsasən Qərb ölkələrindədir”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin