Kiyev yaxınlığında Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Araşdırma Məhkəmə Ekspertizası Mərkəzində baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev vilayətinin polisinin nümayəndəsi İrina Pryanişnikova bildirib.
Onun sözlərinə görə, partlayış nəticəsində həlak olanlar mərkəzin əməkdaşlarıdır.
Qeyd edək ki, avqustun 19-da səhər saatlarında Kiyev vilayətinin Buça rayonunun Petropavlovskaya Borşaqovka kəndində partlayış baş verib. Daha sonra yanğının Daxili İşlər Nazirliyinin Dövlət Araşdırma Məhkəmə Ekspertizası Mərkəzinin anbarında baş verdiyi məlum olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:33 / 20.08.2023
Kiyevdə DİN-in binasında partlayış oldu - 4 nəfər öldü
Hazırda oxunan: Kiyevdə DİN-in binasında partlayış oldu - 4 nəfər öldü
Hazırda oxunan: Kiyevdə DİN-in binasında partlayış oldu - 4 nəfər öldü
151626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.