Alman qəzeti Ermənistanın Bərdə ilə bağlı  yalanını ifşa etdi

Hazırda oxunan: Alman qəzeti Ermənistanın Bərdə ilə bağlı  yalanını ifşa etdi

1516

Oktyabrın 28-də düşmənin Bərdəyə zərbə endirməsindən sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan tvitter hesabında bunu danaraq, “cəfəngiyyat və yalan” olduğunu yazmışdı.

Nüfuzlu “Sueddeutsche Zeitung” (SZ) nəşri isə Ermənistanın bu yalanın ifşa edib.

Bizim.Media xəbər verir ki, zərbə anında alman müxbirlər hadisə yerində olub və baş verənləri öz gözlərilə görüblər:

Qəzetdə yazılır:

“Ermənistan Müdafiə Nazirliyi hücumu qəti şəkildə təkzib etdi. Nazirliyin sözçüsü bu haqda deyilənlərin uydurma olduğunu yazdı. Lakin müxbirlərimiz Bərdənin mərkəzində qurbanların cəsədlərini və çoxsaylı raket qalıqlarını gözləri ilə görüblər. Həmin vaxt Bərdə ilə yanaşı ətraf ərazilər, o cümlədən, Tərtər şəhəri də artilleriya atəşinə tutulurdu”.

“Sueddeutsche Zeitung” Bərdədə mülki əhalinin, qadın və uşaqların qətlə yetirilməsini də pisləyib.

Qeyd edilib ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağda yaradılan qondarma qurumu heç özü də tanımır. “

Dağlıq Qarabağ və ətrafındakı 7 rayon beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır”-deyə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin