Qazaxıstanın Karaqanda vilayətində iki avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, “Toyota Camry 70” və “Honda Odyssey” markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər ölüb, bir sərnişin tibb müəssisəsinə yerləşdirilib.
İlkin məlumata görə, “Toyota Camry”nin sürücüsü sükan idarəetməsini itirərək qarşıdakı zolağa çıxıb və “Honda Odyssey” ilə toqquşub.
“Toyota Camry”də 4 nəfərlik ailə olub, onlardan üçü ölüb, 2005-ci il təvəllüdlü qız xəstəxanaya yerləşdirilib. Digər nəqliyyat vasitəsində olan 6 nəfər ölüb.
Faktla bağlı ibtidai istintaq başlayıb və müvafiq ekspertizalar təyin edilib.
Bizim.Media