Cümə günü Vaşinqtonda yerləşən Məhəmməd məscidində qorxulu anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, naməlum şəxs polisə zəng vuraraq məscidə bomba qoyulduğunu iddia edib.
Əraziyə dərhal polis və bomba zərərsizləşdirən xüsusi heyət cəlb edilib. Uzun müddət davam edən axtarışlardan sonra polisə edilən zəngin özünü doğrultmadığı məlum olub. Polis hazırda zəngin kim tərəfindən həyata keçirildiyini araşdırır.
Bizim.Media