İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərlidən xəbər var.
Bizim.Media “trend.az”a istinadən xəbər verir ki, Fəridin anası Dilarə Əsgərovanın verdiyi məlumata görə, məhkəmə araşdırması başa çatıb.
D.Əliyeva bildirib ki, Fərid Səfərliyə 2 il həbs cəzası verilib.
Qeyd edək ki, Dilarə xanım son açıqlamasında bildirmişdi ki, Fəridin səhhətində problemlər yaranıb, əməliyyat olunub.
Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb.
Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub. 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:35 / 18.08.2023
İranda həbs edilən Fəridə HÖKM OXUNDU
Hazırda oxunan: İranda həbs edilən Fəridə HÖKM OXUNDU
Hazırda oxunan: İranda həbs edilən Fəridə HÖKM OXUNDU
151378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.