“Mənim Rusiya Prezidenti Vladimir Putinlə Ukraynaya müharibə elan etməklə bağlı öncədən hər hansı danışığım olmayıb. Bununla bağlı sizə and içə bilərəm. Mən Rusiyanın Ukraynaya müharibə elan etdiyini hər kəs kimi televiziyadan Putinin çıxışı zamanı öyrənmişəm”.
Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə televiziyasına müsahibəsi zamanı deyib.
Müsahibədə bir sıra açıqlamalar verən Lukaşenko qeyd edib ki, müharibə öncəsi sonuncu dəfə Putinlə Rusiya liderinin iqamətgahında görüşüb:
“Biz həmkarım Putinin şəhərkənarı iqamətgahında görüşmüşdük. O, mənə dedi ki, “bizim birgə əməkdaşlığımız, ölkələrimiz arasında dost münasibəti var. Bizim hətta otaq ordumuz belə var. Əgər nə isə olsa, sən məni qoru, zəhmət olmasa”.
Mən isə müharibə başladıqdan sonra dəfələrlə müsahibələrimdə qeyd etmişəm biz ölkə olaraq, Rusiya-Ukrayna münaqişəsinə qarışmır və müdaxilə etmirik. Lakin dostlarımız olan rusların kürəyindən vurmağa da heç kəsə icazə verməyəcəyik. Böyük ehtimal Putin “məni qoru” deməklə, Qərbin arxadan zərbəsini nəzərdə tutmuşdu”.
Bizim.Media