Ukraynanın məşhur “Azov” xüsusi təyinatlı briqadası cəbhəyə yollanıb.
Bizim.Media “İnsayder”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Qvradiyasından bildirilib.
Məlumata görə, xüsusi təyinatlı “Azov” briqadası yenidən Serebryansk meşəsi ərazisində döyüş tapşırıqlarını yerinə yetirməyə başlayıb.
Bildirilib ki, briqada döyüşçüləri cəbhə xəttində mövqeləri qoruyub saxlayır, Rusiyanın canlı qüvvə və texnikasına zərbələr vurur.
Qeyd edək ki, “Azov” briqadası Donetsk vilayətində eyniadlı zavodun müdafiəsi zamanı mühasirəyə düşərək Rusiya tərəfindən əsir götürülmüşdü.
Onların azad edilərək Türkiyəyə göndərilməsinə dair Moskva ilə Ankara arasında razılıq əldə edilmişdi. Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərindən sonra onlar ölkəyə qaytarılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:50 / 17.08.2023
Türkiyədən qayıdan “Azov” xüsusi təyinatlı briqadası CƏBHƏYƏ YOLLANDI
Hazırda oxunan: Türkiyədən qayıdan “Azov” xüsusi təyinatlı briqadası CƏBHƏYƏ YOLLANDI
Hazırda oxunan: Türkiyədən qayıdan “Azov” xüsusi təyinatlı briqadası CƏBHƏYƏ YOLLANDI
151239
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.