İsraildə koronavirusa qarşı vaksinasiya prosesi bitib.
Bizim.Media xəbər verir ki, ölkə əhalisi vaksinasiya prosesinin başa çatması ilə bağlı küçələrə, kafe və restoranlara axışaraq bayram ediblər.
MÖVZU İLƏ BAĞLI:
İsraildə sərt karantin tətbiq edildi
Qeyd edək ki, ölkədə COVID -19- a qarşı vaksinasiya ötən il dekabrın 20-də başlanıb.
Məlumata görə, birinci mərhələdə səhiyyə işçiləri, geriatriya müəssisələrinin əməkdaşları və öz nümunəsi ilə vətəndaşları vaksinasiyaya təşviq etməli olan hakimiyyət nümayəndələri peyvəndləniblər. İkinci mərhələdə isə yaşı 60 - dan yuxarı və risk qrupuna daxil olan insanlara peyvənd vurulub.
Alçina Amilqızı, Bizim.Media