Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən 30 ukraynalı uşağın Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Bizim.Media xəbər verir ki, ziyarət zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev də ukraynalı uşaqlarla birgə olub.
Uşaqlar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video-foto arxiv, sənədlər, müxtəlif eksponatlarla tanış olublar. Onlar Mərkəzdə həmçinin, Azərbaycanın qədim tarixə, mədəniyyətə malik olduğunu əks etdirən sərgi ilə də tanış edilib.
Qeyd edək ki, bundan əvvəl ukraynalı uşaqların İsmayıllı, Qəbələ, Şəki və Şamaxıya ekskursiyaları təşkil olunub. Uşaqlar 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Eləcə də psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:43 / 16.08.2023
Ukraynalı uşaqların Heydər Əliyev Mərkəzinə EKSKURSİYASI təşkil olunub
Hazırda oxunan: Ukraynalı uşaqların Heydər Əliyev Mərkəzinə EKSKURSİYASI təşkil olunub
Hazırda oxunan: Ukraynalı uşaqların Heydər Əliyev Mərkəzinə EKSKURSİYASI təşkil olunub
151044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.