Qərbi Azərbaycan İcması “Kilikiya katolikosu”nun Azərbaycanın əleyhinə davamlı xarakter almış cəfəng açıqlamalarını pisləyir.
Bu barədə İcmadan Bizim.Media-ya verilən məlumatda deyilir.
"Din xadimi kimi deyil, daşnak təfəkkürlü siyasətçi kimi danışan “Kilikiya katolikosu”na xatırladırıq ki, əsrlərdir erməni kilsəsinin təşviq etdiyi “dənizdən dənizə böyük Ermənistan” nağılı, irqçi mifiologiya 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan tərəfindən darmadağın edilmişdir və artıq geriyə yol yoxdur. Əgər “Kilikiya katolikosu” indi erməni xalqının mənafeyini düşünürsə, onda regionda düşmənçiliyi, başqa ölkəyə ərazi iddiasını deyil, sülhü və barışığı və bu xüsusda, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı üçün Ermənistan hakimiyyətinin İcma ilə dialoqunu təşviq etməlidir.
Qərbi Azərbaycan İcması Livan ictimaiyyətini “Kilikiya katolikosu”nun nifrət dolu, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü hədəf alan, onun daxili işlərinə müdaxiləyə çağıran açıqlamalarını pisləməyə çağırır", - məlumatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:34 / 13.08.2023
“Kilikiya katolikosu”nun Azərbaycanla bağlı cəfəng açıqlamalarına sərt REAKSİYA
Hazırda oxunan: “Kilikiya katolikosu”nun Azərbaycanla bağlı cəfəng açıqlamalarına sərt REAKSİYA
Hazırda oxunan: “Kilikiya katolikosu”nun Azərbaycanla bağlı cəfəng açıqlamalarına sərt REAKSİYA
150630
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.