Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi İnformasiya Vasitələri Nazirliyi işçilərə “iPhone”dan rəsmi məqsədlər üçün istifadəni qadağan edib.
Bizim.Media “İzvestiya”ya istinadla xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
"Müvafiq əmrə əsasən, nazirlik əməkdaşları iş yazışmaları və rəsmi məqsədlərlə “iphone”lardan istifadə edə bilməzlər”, - deyə məlumatda qeyd olunub.
Bundan əlavə, işçilərə qoyulan qadağa “Apple” şirkətinin planşet və smart saatlarının iş məqsədləri üçün istifadəsinə də aiddir.
Mənbənin məlumatına görə, Rəqəmsal İnkişaf Nazirliyinin əməkdaşları, o cümlədən Telegram vasitəsilə artıq “Apple” cihazlarından istifadə etməklə iş yazışmaları apara bilməzlər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:24 / 12.08.2023
Rusiyada məmurlara “iPhone”dan istifadə QADAĞAN EDİLDİ
Hazırda oxunan: Rusiyada məmurlara “iPhone”dan istifadə QADAĞAN EDİLDİ
Hazırda oxunan: Rusiyada məmurlara “iPhone”dan istifadə QADAĞAN EDİLDİ
150481
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.