Polşada İLK: “Patriot”dan istifadə etməklə hərbi təlimlər keçirilir

Hazırda oxunan: Polşada İLK: “Patriot”dan istifadə etməklə hərbi təlimlər keçirilir

150464

Polşa ilk dəfə olaraq inteqrasiya edilmiş “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə edərək təlimlər keçirir. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi məlumat yayıb. 

“32-ci Taktiki Hava Bazasında “Patriot” batareyalarından istifadə etməklə və ilk dəfə olaraq IBCS sistemi ilə SOCHACZEW23 təlimi keçirilir. Təlim çoxqatlı hava və raketdən müdafiənin ən yüksək səviyyəli bütün elementlərinin inteqrasiyası ilə bağlıdır”, - deyə məlumatda qeyd edilib. 
Qeyd edək ki, Polşa 2015-ci ilin aprel ayında “Wisla” orta mənzilli hava hücumundan müdafiə proqramının əsası olaraq “Patriot” sistemini seçib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin