“Müharibə tədricən Rusiya ərazisinə keçir. Rusların hərbi obyektlərində müxtəlif anlaşılmaz hadisələrin və partlayışların sayı getdikcə artacaq”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Kanal 24”ə müsahibəsində Sergiyev Posadda baş verən partlayışa münasibət bildirərkən deyib.
O qeyd edib ki, Rusiya ərazisində baş verən hər şeyə görə özü məsuliyyət daşıyır:
“Təbii ki, Ukraynanın Rusiyadakı partlayışlarla heç bir əlaqəsi yoxdur. Ruslar özləri genişmiqyaslı müharibəyə başladılar və indi ədalətli nəticələrini hiss edirlər. Belə hadisələr tez-tez baş verəcək”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:28 / 11.08.2023
“Rusiyada partlayışların sayı artacaq” - Ukrayna Prezident Ofisi
Hazırda oxunan: “Rusiyada partlayışların sayı artacaq” - Ukrayna Prezident Ofisi
Hazırda oxunan: “Rusiyada partlayışların sayı artacaq” - Ukrayna Prezident Ofisi
150372
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.