Şimali Koreya lideri Kim Çen In ölkənin yüksək səviyyəli generalını işdən azad edib.
Bizim.Media xəbər verir ki, o, həmçinin hərbi hazırlıq və silah istehsalının artırılması üçün göstərişlər də verib.
Kimin bəyanatları Mərkəzi Hərbi Komissiyanın iclası zamanı verilib və o, adı açıqlanmayan düşmənlərə qarşı əks tədbirlərin görülməsini vurğulayıb. Baş Qərargah rəisi Pak Su İlin yerinə general Ri Yonq Gil təyin edilib. Ona yeni silahların istehsalı və test edilməsi tapşırığı verilib.
Bizim.Media