Çavuşoğludan Türkmənistanla bağlı XOŞ XƏBƏR: Türk Şurasına qoşulacaq

Hazırda oxunan: Çavuşoğludan Türkmənistanla bağlı XOŞ XƏBƏR: Türk Şurasına qoşulacaq

15032

“Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Türk Şurasında müşahidəçi olmaq istədiyini bildirib. Arzumuz Türkmənistanın Türk Şurasına tam hüquqlu üzv olmasıdır”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Türk Şurasının adının dəyişdirilməsi də gündəmdədir. Biz bunu dəstəkləyirik. Martın 31-də Qazaxıstanın Türküstan şəhərində Türk Şurasının qeyri-rəsmi liderlər zirvəsi keçiriləcək.

Bu ilin sonunda isə Şuranın rəsmi Zirvəsi Türkiyədə gerçəkləşəcək. Pandemiyaya görə ala bilmədiyimiz sədrlik Azərbaycandan bizə keçəcək”, - nazir bildirib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin