Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensio başından ölümcül üç güllə yarası alıb. Qətl paytaxt Kitoda seçki mitinqindən sonra baş verib.
Bizim.Media "El Universo" qəzetinə istinadən xəbər verir ki, atəş açan şəxs yaralanıb və sonra isə ölüb.
Ümumilikdə atışma zamanı iki polis əməkdaşı və Milli Assambleya üzvlüyünə namizəd olan 9 nəfər yaralanıb. Hücumu təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.
Xatırladaq ki, Villavisensio korrupsiya, qeyri-qanuni mədənçıxarma və narkotik ticarətinə qarşı idi. Bir il əvvəl naməlum şəxslər onun evinə atəş açıblar.
Bizim.Media