İsrail ordusu gecə saatlarında böyük bir konvoyla işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərindəki Əsgər Qaçqınlar Düşərgəsinə anti-terror əməliyyatı həyata keçirib.
Bizim.Media xəbər verir ki, əməliyyat nəticəsində fevralın 26-da Huvvara qəsəbəsində iki yəhudi köçkünü öldürməkdə günahlandırılan və daha sonra İsrail ordusu tərəfindən öldürülən Əbdülfəttah Huruşanın mənzil qərargahı əsgərlər mühasirəyə alıb. Daha sonra isə partlayıcılar vasitəsilə ev dağıdılıb.
Basqın zamanı bölgədə yaşayan fələstinlilərlə İsrail əsgərləri arasında toqquşmalar yaşanıb.
Fələstinlilər İsrail ordusuna məxsus zirehli texnikanın qarşısını almaq üçün təkərlər yandırıb, daş və fişəng atıblar. İsrail əsgərləri canlı güllələr, rezin örtüklü güllələr və gözyaşardıcı qazla müdaxilə edib.
Bizim.Media