"Can Azərbaycanla sərgilədiyimiz həmrəylik sayəsində 30 il işğal altında olan Qarabağ azad edildi. Bununla da Cənubi Qafqazda davamlı sülh və sabitliyin əldə olunması üçün önəmli bir fürsət yarandı”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada "Səfirlərin 14-cü Konfransı"nda çıxışı zamanı deyib.
"Suriyanın şimalında terrorçulara qarşı aparılan hərbi əməliyyatlar cənublu vətəndaşlarımızın təhlükəsizliyini təminat altına alıb, eyni zamanda, terror dövləti qurma həvəslərini də qursaqlarda buraxıb", - deyə Ərdoğan qeyd edib.
Bizim.Media