"Emənilərin Türkiyədəki çətin həyatı ilə bağlı iddialar doğru deyil".
Bizim.Media xəbər verir ki, bu fikiləri Türkiyənin ilk erməni telekanalı olan Luys TV-nin də daxil olduğu "Luys Media"nın baş direktoru Arutyun Kuran “Anadolu”ya açıqlamasında səsləndirib.
O, Türkiyədə ermənilərin həyatı ilə bağlı çoxlu yalan şayiələr olduğunu qeyd edib:
“Bəzi ermənilər burada həyatın bizim üçün çox ağır olduğuna inanırlar. Lakin bu, qətiyyən belə deyil. Ermənilərə qarşı ayrı-seçkilik yoxdur. Markar Yesayan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib.
Prezident Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda erməni dizayner Sevan Biçakçıya mükafat təqdim edib. Mən özüm də Türkiyədə həyatımın heç bir mərhələsində ayrı-seçkiliyə məruz qalmamışam”.
Ailəsinin dördüncü nəslinin İstanbulda yaşadığını və mətbəə sahəsində çalışdığını qeyd edən Kuran əlavə edib ki, erməni icması özünü Türkiyənin bir parçası hesab edir:
“Biz də ölkəmizin bütün vətəndaşları kimi öhdəliklərimizi yerinə yetiririk”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:33 / 08.08.2023
Türkiyədə ermənilərin vəziyyəti necədir? - Erməni telekanalının baş direktorundan AÇIQLAMA
Hazırda oxunan: Türkiyədə ermənilərin vəziyyəti necədir? - Erməni telekanalının baş direktorundan AÇIQLAMA
Hazırda oxunan: Türkiyədə ermənilərin vəziyyəti necədir? - Erməni telekanalının baş direktorundan AÇIQLAMA
149995
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.