“Özbəkistan prezidenti İslam Kərimov müalicə üçün Moskvaya gəlməyib”x9d.
Moderator.az-ın “Ria Novosti”x9dyə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov həmçinin, İ. Kərimovun müalicəsinə rusiyalı həkimlərin cəlb olunması ilə bağlı xəbər haqda məlumatı olmadığını da vurğulayıb.
Xatırladaq ki, 78 yaşlı Özbəkistan prezidenti avqustun 27-də xəstəxanaya yerləşdirib. Qızı Lola Kərimova atasının beyin qanaması keçirdiyini bildirmişdi. İslam Kərimovun ölüm xəbəri belə yayılmışdı, lakin prezident aparatındakı mənbə “Ria Novosti”x9dyə açıqlamasında xəbəri təkzib etmişdi.
Avqustun 31-də isə İslam Kərimovun müalicəsinə Rusiyanın Burdenko adına Neyrocərrahiyyə İnstitutunun əməkdaşlarından ibarət qrupun cəlb olunduğu ilə bağlı xəbər yayılıb. Bu barədə “Lenta.ru”x9d saytına institutun elmi rəhbəri Aleksandr Konovalov söyləmişdi.
































































































