ABŞ Hörmüzə qoşun GÖNDƏRİR – İran VURULACAQ?

Hazırda oxunan: ABŞ Hörmüzə qoşun GÖNDƏRİR – İran VURULACAQ?

149829

ABŞ İranın Hörmüz boğazındakı ərköyünlüyünə daha dözmək istəmir.  Molla rejimin Fars körfəzində “at oynatması”nın qarşısını almaq üçün qəti hərəkətə başlayan Vaşinqton ilkin olaraq Hörmuz boğazında ticarət gəmilərinin göyərtəsində dəniz piyadaları yerləşdirməyə hazırlaşır.

Bizim.Media "Associated Press"ə istinadən xəbər verir ki, "USS Bataan" və "USS Carterhall" amfibiya hücum gəmilərinin göyərtəsində olan minlərlə ABŞ dəniz piyadası və dənizçi İran körfəzinə doğru hərəkət edir və Hörmüz boğazında gəmilərin istənilən silahlı mühafizə missiyasında istifadə oluna bilərlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Hörmüzdə GƏRGİNLİK ARTIR – ABŞ hərbi gəmiləri İrana doğru YOLA ÇIXDI


Nəzərə alaq ki, 50 ildən artıqdır ki, Iran Hörmüz boğazında əsas söz sahibidir.

Beləki, 1971-ci ildə Böyük Britaniyanın  Fars körfəzindən geri çəkilməsindən sonra İran ordusu körfəzdəki 3 adanı işğal etdi. Və tədricən bu adalarda özünün hərbi bazalarınə yerləşdirməyə başladı.

Bu günsə artıq görfəzə və Hörmuz boğazına nəzarət faktiki olaraq rəsmi Tehranın əlindədir.

Hörmüz boğazına nəzarət İran üçün hansı imkanlar açır?

Hazırda dünyanın ən zəngin neft ölkələri olan BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, İraq və hətta İranın özünün neft tankerləri Hörmüz boğazından çıxaraq dünya bazarına yön alır.

Bu isə o deməkdir ki, dünya neft ehtiyatlarının 40%-i və ən əsası Fars körfəzi ölkələrindən xammalın 90%-I Hörmüz boğazından keçib gedir.  

Orta hesabla bu, sutkada burdan 15-17 milyon, bəzi günlərdə isə hətta 34 milyon barel neft ötürülür. Əgər bu boğaz bir sutkalığa bağlansa, onda neftin qiyməti bir barel üçün 400 dollara qədər yüksələ bilər.

Ona görə də ABŞ hər vasitə ilə İranı boğazdan sıxışdırıb çıxarmaq istəyir. Təsadüfi deyil ki, bu günlərdə ABŞ Müdafiə Nazirliyi Hörmüz boğazında mövcudluğunu gücləndirmək qərarını açıqladı. Pentaqonun rəhbəri Lloyd Austin artıq iki amfibiya hücum gəmisinin USS Bataan və USS Carter Hall oraya göndərilməsini əmr edib. 

ABŞ gəmilərinin göndərməklə bu ərazidə naviqasiya azadlığını təmin etmək və İranın regionda sabitliyi poza biləcək rolunu azaltmağa çalışır. Daha doğrusu, Ağ Ev ingilislərin 1971-ci ildə buraxdığı səhvi düzəltmək və özləri burada möhkəmlənmək istəyir.

Bəs, ABŞ öz istəyində nə qədər israrlıdır və İranı Hörmüzdə nə qədər zərərsizləşdirə biləcək?

Bu sualın cavabını zamanla öyrənəcəyik.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin