Fransız siyasətçilər də Fransanın Azərbaycana qarşı mövqeyini TƏNQİD ETDİ – ÖZƏL 

Hazırda oxunan: Fransız siyasətçilər də Fransanın Azərbaycana qarşı mövqeyini TƏNQİD ETDİ – ÖZƏL 

149785

Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi Fransa hökumətinə müraciət edərək Qarabağdakı qondarma rejimə verilməsini tələb etmələri bir çox fransız siyasilər tərəfindən də qətiyyətlə pislənib. 

Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin sədri Naim Asas Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda neqativ qəbul edilən bu kimi xəbərlərə sərt reaksiya vermək düzgün deyil. 
 

MÖVZU İLƏ BAĞLI:

Öz ayıbına kor olan Fransadan NÖVBƏTİ TƏXRİBAT – Parisin bitmək bilməyən ERMƏNİ SEVDASI


Çünki Ermənistanı yalnız senatorların 17 faizi dəstəkləyir ki, bu da bütün Fransanın mövqeyi demək deyil.

“Xüsusən də dövlət aparatında və mətbuatında xeyli sayda erməni diasporunun nümayəndələrinin olması səbəbindən bu, bəzi senatorların (onlardan 60-ı) bu cür hərəkətə keçməsində rol oynayıb.

Senatorlar və ya nümayəndələr kimi ictimai xadimlər tərəfindən irəli sürülən ittihamlar və müraciətlər onların fərdi baxışlarına və siyasi mövqelərinə görə dəyişə bilər. Nəzərə almaq lazımdır ki, bu bəyanatlar onların konkret hadisələrə və münaqişələrə münasibətini əks etdirə bilər. 

Qarabağ məsələsi Ermənistan və Azərbaycan arasında uzun tarixə malik olan mürəkkəb və həssas mövzudur. Fərqli ölkələr və beynəlxalq qurumlar diplomatik əlaqələri, tarixi əlaqələri və ya geosiyasi maraqları əsasında bu məsələdə fərqli mövqelərə malik ola bilirlər.
Düşünürəm ki, Qarabağ ətrafındakı vəziyyət davam edən geosiyasi maraqlar və beynəlxalq münasibətlər məsələsi olaraq qalır və ona incəlikləri ilə yanaşmaq vacibdir”, - deyə N. Asas bildirib.

“Sakit Okean Müstəqillik Hərəkatı”nın (MOI) yaradıcısı Arnaud Şollet-Leakava qeyd edib ki, o da Makron hakimiyyətinə qarşı mübarizə aparan hərakat lideridir.

Fransanın öz vətəndaşlarına biganə münasibəti elə xarici ölkələrə də münasibətindən xəbər verir.

“Fransanın davranışı olduqca sadədir. O, bütün dünyada müstəmləkəçilik siyasətini davam etdirir. Özünü həmişə olduğu kimi bütün dünyaya dərs verən şəxs kimi aparır. Bilərəkdən əzab çəkən fransız xalqının qayğısına isə heç vaxt qalmır”, - deyə Leakava qeyd edib.

Fransalı tarixçi Maksim Qoən də hesab edir ki, senatorların çağırışları əhəmiyyətsizdir və ciddi qəbul edilməməlidir:

“Birincisi, Fransada 348 senator var. Altmış nəfər isə çox kiçik bir azlıqdır. Onlar müxalifət partiyalarına aiddir və Azərbaycan rəhbərliyinə heç bir sanksiya tətbiq etmədiyi üçün cənab Makrona açıq-aşkar hücum edirlər.

14 iyul və 15 avqust tarixləri arasında (yəni fransızların çoxunun tətildə olduğu vaxt) bir məqalənin dərc edilməsini nəzərə alsaq, onların hamısının imzaladıqları şeyə əhəmiyyət verməsi təəccüblüdür. Görünür, onlar imzaladıqları bəyanatın çox yayılmaması üçün məhz bu günü seçiblər”.
Erməni lobbisinin Fransada güclü olmasına diqqət çəkən fransız tarixçi bildirib ki, Azərbaycan da Fransada fəal olmalı və bir çox yeni media qurumları ilə əməkdaşlıq etməlidir.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin