Roman Bağdasaryan: “Azərbaycan lideri haqlı idi” - VİDEO

Hazırda oxunan: Roman Bağdasaryan: “Azərbaycan lideri haqlı idi” - VİDEO

149680

Bloger Roman Bağdasaryan ermənilərin 30 il ərzində törətdikləri korrupsiya və oğurluqlardan danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında videomüraciət edib.

“İlham Əliyev haqlı idi” deyən bloger Azərbaycan liderinin sözlərini xatırladıb: “Azərbaycanlılar şəhərlər, ermənilər isə villalar tikir”.

“Birinci Qarabağ müharibəsindən sonra rəsmilərimiz və hərbçilərimiz özlərini əbədi qaliblər kimi təsəvvür edirdilər. 

İlham Əliyev şəhərlər tikərkən, Arkadi Qukasyan Sankt-Peterburqda otellər alırdı. 

İlham Əliyev şəhərlər tikərkən Bako Saakyan özünə Moskvada “Arsax” (Qarabağdakı qondarma rejimin adını daşıyır) oteli, sürücüsü üçün üçmərtəbəli saray, ticarət mərkəzi, mağazalar və ticarət obyektləri alıb. 

İlham Əliyev şəhərlər tikərkən, Arayik Arutyunyan Stavropol diyarında ev, otel tikdirir, Dubay və Parisdə mənzil alırdı. 

İlham Əliyev şəhərlər tikərkən Artur Ağabekyan fond açıb, pul oğurlayıb, qızlara və banketlərə xərcləyib. 

İlham Əliyev şəhərlər tikərkən Robert Köçəryan oğlu Levon üçün Yunanıstanda ada, otel, yüzlərlə obyekt alırdı. 

İlham Əliyev şəhərlər tikərkən Ara Abramyan “Arsax”ı gücləndirmək üçün topladığı pulu saraylarını inşa etməyə göndərib”, – deyə Bağdasaryan bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin