İsrailin Təl-Əviv şəhərinin mərkəzində bir nəfər odlu silahla terror aktı törədib.
Bizim.Media xəbər verir ki, “Telegram” kanallarında hadisə şahidləri tərəfindən çəkilən video görüntülər yer alıb.
Hücum İsrailin paytaxtında məşhur Nahalat Binyamin ticarət mərkəzində baş verib. Belə ki, şəhər polisi şübhəli hərəkətləri ilə seçilən şəxsə yaxınlaşdıqda o, atəş açıb.
Nəticədə bir nəfər polis əməkdaşı yaralanıb.
Sonradan 27 yaşı olduğu məlum olan terrorçu zərərsizləşdirilib.
Bizim.Media