Rusiyada hərbi xidmətə çağırılanların xaricə getməsi YASAQLANDI 

Hazırda oxunan: Rusiyada hərbi xidmətə çağırılanların xaricə getməsi YASAQLANDI 

149561

Rusiyada hərbi xidmətə çağırılanların xaricə getməsi qadağan olub. 

Rusiya Prezident Vladimir Putin ölkəsindəki səfərbərlik prosesi və Federal Milli Qvardiya Xidməti (Rosqvardiya) ilə bağlı bir neçə qərarı təsdiqləyib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, qərarda hərbi xidmətə çağırış yaşı 27-dən 30-a qaldırılıb. Rusiyada  18-30 yaşlı vətəndaşları hərbi xidmətə çağırmaq artıq mümkündür. 

Qərar 2024-cü ilin ilk ayından  qüvvəyə minəcək.

Putinin təsdiq etdiyi digər qətnamələrə görə, Rusiyada hərbi xidmətə çağırılanların xaricə getməsi qadağandır.

Bundan başqa, Rusiya Fövqəladə Hallar Nazirliyi və müxtəlif təhlükəsizlik bölmələrinə pilotsuz hava nəqliyyat vasitələrini vurmaq səlahiyyəti verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin