ABŞ-nin texnologiya nəhənglərindən olan “Apple” şirkətinin aprel-iyun dövründə əldə etdiyi gəlir illik müqayisədə 1 faiz azalıb.
Bizim.Media xəbər verir ki, bu barədə şirkət rəsmiləri məlumat verib.
İyulun 1-də başa çatan üçüncü rübün hesabatında “Apple” kompaniyasının gəliri keçən ilin eyni dövrünə görə 1 faiz azalaraq, 81,8 milyard dollar olub. Ötən ilin eyni dövründə şirkətin gəliri təxminən 83 milyard dollar təşkil etmişdi.
Qeyd edilən azalmaya baxmayaraq, şirkətin bazar gözləntilərini üstələyən gəlirinin bu dövrdə 81,7 milyard dollar olacağı gözlənilirdi.
Ötən ilin eyni dövründə 19,4 milyard dollar olan “Apple”ın xalis mənfəəti 2,5 faiz artaraq, 19,9 milyard dollar olub. Şirkətin səhm üzrə qazancı bu müddət ərzində 1,20 dollardan 1,26 dollara yüksəlib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:00 / 05.08.2023
“Apple”in xalis mənfəəti 2,5 dəfə artıb
Hazırda oxunan: “Apple”in xalis mənfəəti 2,5 dəfə artıb
Hazırda oxunan: “Apple”in xalis mənfəəti 2,5 dəfə artıb
149527
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.