Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə ÇATDI 

Hazırda oxunan: Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə ÇATDI 

149504

Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili məlumat verib. 

Nazir bildirib ki, 210 nəfər təbii fəlakət zonasından təhlükəsiz əraziyə köçürülüb, 25 nəfərin axtarışları davam etdirilir. 

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı avqustun 7-sinədək Gürcüstanda matəm elan olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin