Türkiyədə ordu rəhbərliyində dəyişikliklər olub

Hazırda oxunan: Türkiyədə ordu rəhbərliyində dəyişikliklər olub

149367

Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Ali Hərbi Şurasının iclasında ölkənin hərbi rəhbərliyindəki yeni təyinatlar açıqlanıb. 

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan şuranın müvafiq qərarlarını imzalayıb. 

Qərara əsasən, 2-ci Ordunun komandanı, ordu generalı Metin Gürakın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilməsi ilə yanaşı, Quru Qoşunlarının komandanı postu general Səlcuq Bayraktaroğluna, Hərbi Hava Qüvvələrinə rəhbərlik isə general Ziya Cemal Kadıoğluna tapşırılıb. 

Həmçinin, Ali Hərbi Şuranın qərarı ilə 32 general və admiralın rütbəsi artırılıb, 63 polkovnik general və admiral rütbələri alıb. 

Ali Hərbi Şuradan verilən açıqlamaya görə, Türkiyə Silahlı Qüvvələrində general və admiralların sayı 266 nəfərdən 286 nəfərə yüksəlib. 

Qeyd edək ki, Türkiyə Ali Hərbi Şurasının toplantısı Ankaradakı Prezident iqamətgahında mətbuata qapalı keçirilib və üç saata yaxın davam edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin